image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-2backend

Daha bir neçə ailənin Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılır – VİDEO

image-728x90px

Bu gündən Zəngilan rayonunun Ağalı kəndinə daha bir neçə ailənin köçürülməsinə başlanılır.

Rayonun “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq 20 ailə, 94 nəfər üçüncü köç karvanı ilə yola salınacaq.

Qeyd edək ki, 50 nəfərlik 10 ailə bu gün, 44 nəfərlik 10 ailə isə martın 3-də köçürüləcək.

Ümumilikdə, bu günə kimi “Böyük Qayıdış” layihəsi çərçivəsində Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlar idi. Sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar.

Köçürüləcək əhali üçün bütün infrastruktur şəraiti – dövlət xidmətləri mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur.

Qeyd edək ki, köç prosesi növbəti aylarda da davam edəcək.
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki