image-n1karobka_ads
image-123
image-upload-ap22333534431769-pic_32ratio_900x600-900x600-57220backend

Daniel Noboa Ekvadorun yeni prezidenti seçilib

image-ad_qayo_720x110px

Ekvadorda keçirilən növbədənkənar prezident seçkilərində mərkəzçi namizəd Daniel Noboa qalib gəlib. Onun solçu Vətəndaş İnqilabı hərəkatındakı rəqibi Luisa Qonzales məğlubiyyətini etiraf edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Ölkənin ən zəngin sahibkarlarından birinin oğlu olan Noboa səslərin 90,23 faizini işlədikdən sonra 52,29 faiz, Qonzales isə 47,71 faiz səs toplayıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Diana Atamaint bildirib ki, əldə edilən məlumatlar artıq geri dönməzdir.

Qonzales Noboanın qələbəsi ilə razılaşıb və şəxsən onu təbrik etməyə hazır olduğunu bildirib.

Cəmi 35 yaşı olan Noboa Ekvadorun tarixində ən gənc prezident olacaq.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki