image-n1karobka_ads
image-123
image-6863a161ae5ac95d7058e562backend

Danimarka Avropa İttifaqı Şurasına sədrliyə başladı

Doğru.az bildirir ki, iyulun 1-dən etibarən altı aylıq müddətə Avropa İttifaqı Şurasının sədrlik rolu Danimarkaya keçib. Danimarkanın baş naziri Mette Frederiksen çıxışında bu dövrü Avropa üçün önəmli bir mərhələ kimi qiymətləndirib.

Euronews xəbər verir ki, Danimarka Aİ Şurasına sədrlik vəzifəsini mürəkkəb şəraitdə üzərinə götürür. Politico isə qeyd edir ki, iyuldan sonra Aİ ölkələri Danimarkanın sədrliyi altında Rusiya əleyhinə yeni sanksiya paketlərini təsdiqləyə bilərlər.

Danimarkanın bu sədrlik müddəti dekabrın sonuna qədər davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki