Sentyabrın 27-nə keçən gecə Danimarka Müdafiə Nazirliyinin bir neçə obyektində pilotsuz uçuş aparatları (PUA) qeydə alınıb.
Doğru.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi insidentlərin dəqiq harada baş verdiyini açıqlamayıb. Nazirlik bildirib ki, PUA-ların nəticələrinin aradan qaldırılması üçün “bir neçə qüvvə və resurs” cəlb olunub.
Radio Danimarka-nın məlumatına görə, dronlardan biri Karup aviabazasındakı hərbi hava limanında da görünüb. Növbətçi polis əməkdaşının sözlərinə görə, PUA-lar həm aerodromun hasarının içərisində, həm də açıq havada müşahidə olunub.
DOĞRU.AZ