image-2000x150px
image-img_20210915_161846_250backend

“Davam” “İnkişafın Mərkəzi Buradır!” adlı tədbir keçirib – FOTOLAR

image-728x90px

14 sentyabr tarixində Bakı Atıcılıq Mərkəzində Davamlı İnkişaf Mərkəzinin yarımillik fəaliyyətinin tamam olması münasibətilə hesabat tədbiri baş tutub. Tədbirdə millət vəkili Vüqar İskəndərov, Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, Bakı Atıcılıq Mərkəzinin direktoru Əjdər Abbasov, meneceri İlkin Tahirov, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, İdarə Heyətinin üzvü Rasul Çunayev, hərəkatın katibliyi və davamçı gənclər iştirak edib.

Aktyor Səfa Mehdinin aparıcılığı ilə baş tutan ikihissəli tədbirin birinci hissəsində qonaqlar – millət vəkili Vüqar İskəndərov,
Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov və “Davam”-ın sədri Nihad Allahyarlı hərəkatın fəaliyyəti, klubların gördüyü işlərlə bağlı öz fikirlərini gənclərlə bölüşüblər, daha sonra Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev mərkəzin 6 ay ərzində gördüyü işlər barəsində məlumat verib və mərkəz tərəfindən hazırlanan videoçarx nümayiş olunub.

Tədbirin ikinci hissəsi DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında davam edib.

Qeyd edək ki, Davamlı İnkişaf Mərkəzi “Davam” Gənclər Hərəkatı daxilində fəaliyyət göstərən müxtəlif istiqamətli klubları özündə birləşdirən çətir struktur vahididir. Mərkəz yarımillik fəaliyyəti dövründə hərəkata üzv olan 2500-dən çox gənci əhatə edən 100-dən çox tədbir, görüş, təlim, səfər, fləşmob həyata keçirib.

DOĞRU.AZ

image-img_20210915_161835_457 image-img_20210915_161839_613 image-img_20210915_161833_292 image-img_20210915_161842_805 image-img_20210915_161851_890 image-img_20210915_161846_250 image-img_20210915_161838_223 image-img_20210915_161847_942 image-img_20210915_161856_985 image-img_20210915_161850_002 image-img_20210915_161902_860 image-img_20210915_161848_982 image-img_20210915_161907_227 image-img_20210915_161904_034 image-img_20210915_161906_166 image-img_20210915_161844_148

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki