image-2000x150px
image-img-20210614-wa0275backend

“Davam”la Milli Debat Proqramı arasında memorandum imzalanıb – FOTOLAR

image-728x90px

“Davam” Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən Davamlı İnkişaf Mərkəzi və “Vətəndaş Cəmiyyətində Debat” İB-nin Milli Debat Proqramı arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanması üçün görüş keçirilib.

Görüşdə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova və Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev iştirak edib.

Görüş zamanı hər iki təşkilatın gələcək fəaliyyət planı və ikitərəfli əməkdaşlığın perspektivləri barəsində müzakirələr edilib.

Tərəflər dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qiymətləndirərək fikir və təcrübə mübadiləsi aparıblar.

Danışıqların ardınca “Davam” Gənclər Hərəkatının Davamlı İnkişaf Mərkəzi və “Vətəndaş Cəmiyyətində Debat” İB-nin Milli Debat Proqramı arasında əlaqələrin möhkəmləndirilməsi, fərqli proseslərdə fəal iştirak edərək yeni və maraqlı layihələrə imza atılması məqsədilə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memoranduma əsasən birgə addımların atılmasına da start verilib. Belə ki, ikitərəfli əməkdaşlıq nəticəsində Davamlı İnkişaf Mərkəzi nəzdində fəaliyyət göstərən debat klubu yaradılıb.

Görüş qarşılıqlı əlaqələrin inkişafı istiqamətində danışıqların aparılması ilə davam edib.

DOĞRU.AZ

image-img-20210614-wa0275 image-img-20210614-wa0276 image-img-20210614-wa0277 image-img-20210614-wa0279 image-img-20210614-wa0280 image-img-20210614-wa0278

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki