image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-5backend

“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalı təsis olunub – FOTO

image-728x90px

“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təsis olunub.

Prezident.az-ın məlumatına görə, bununla əlaqədar qanunu Prezident İlham Əliyev təsdiqləyib.

Medalla cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən Azərbaycan Respublikası daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif edilirlər.

“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə yuxarıda adıçəkilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki