image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-9backend

Deputat: “Azərbaycan hərbi müdaxilə həyata keçirməlidir”

image-728x90px

“Rusiya sülhməramlıları ilk dəfədir ki, Azərbaycan xalqı ilə bu cür birbaşa təmasdadır. Onlar bizim iradəmizi görürlər”.

Bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların keçirdiyi aksiyalara münasibət bildirərkən deyib.

O, aksiyalar nəticəsində Qarabağdakı erməni əhalinin humanitar böhranla üzləşdiyinə dair iddialarla razılaşmadığını bildirib.

“30 ildir Naxçıvan blokadadadır, amma heç kim humanitar böhrandan danışmır. İndi Qarabağda bir neçə min erməniyə görə səs-küy salırlar, humanitar böhrandan danışırlar”, – deyə o əlavə edib.

Sabir Rüstəmxanlı bildirib ki, Ermənistan 10 Noyabr Bəyanatının müddəalarını yerinə yetirmirsə, Azərbaycan güc tətbiqinə müraciət etməlidir.

“Ermənistan və Qarabağdakı ermənilər özlərini elə aparırlar ki, bununla da müharibənin nəticələrini qəbul etmədiyini bəyan edirlər. Qəbul etmirlərsə, Azərbaycan hərbi müdaxilə həyata keçirməlidir”, – deyə millət vəkili bildirib.

Qeyd edək ki, dekabrın 12-dən etibarən Azərbaycanın QHT nümayəndələri, ictimai-siyasi fəalları Şuşa Xankəndi yolunda dinc aksiya keçirir. Onlar Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məskunlaşdığı ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına etiraz edirlər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki