image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-51backend

Deputat: “Azərbaycanın Türkiyəyə 100 milyon dollar ayırması qardaşlıq nümunəsidir”

image-728x90px

Martın 20-də Brüsseldə keçirilmiş Avropa İttifaqının (Aİ) üzvləri, qonşu və tərəfdaş ölkələr, “Böyük İyirmilik” (G20), Körfəz Əməkdaşlığı Şurası ölkələri, BMT, digər beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq, habelə Avropa maliyyə institutlarının təmsil olunduğu konfransda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib. “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransı Türkiyədə və Suriyada baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə keçirilib.

Azərbaycanın hər zaman olduğu kimi bundan sonra da qardaş Türkiyənin yanında olacağı, diqqətə çatdırılıb. Azərbaycan Respublikasının bölgədə bərpa-quruculuq işinə töhfəsi çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.

Mövzu ilə əlaqədar olaraq  açıqlama verən deputat Müşfiq Məmmədli bildirib ki, Azərbaycan qardaş ölkədə, xüsusən təbii fəlakət, zəlzələdən və sel daşqınlarından sonra yaranmış çətin vəziyyətdə ilk gündən başlayaraq Türkiyənin yanında olub:

“Azərbaycan humanitar yardımla Türkiyədəki qardaşlarımızın yanında olub və bütün mümkün olan vasitələrlə, istər maddi dəstək baxımından, istər mənəvi dəstək baxımından, istər dağıntılar altında qalanların xilas edilməsi, onlar üçün çadırların göndərilməsi baxımından yaxından iştirak edib. Eyni ölkə olaraq tibb işçilərinin, müvafiq strukturların Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarının Türkiyədə zəlzələ nəticəsində baş verən dağıntılar olan əraziyə cəlb olunmasında hamıdan öncə qardaşlarının yardımına gedib. Fəlakət bölgəsini ən son tərk edən ölkələrdən biri Azərbaycan olub.

Təbii ki, bu, Azərbaycan və Türkiyə arasında həm xoş günlərdə bir yerdə olmaqla yanaşı, həm də çətin günündə, ən ağır günündə də bir-birinin yanında olur. Ölkə başçısı tərəfindən bu istiqamətdə bütün mümkün olan addımlar atılır. Son olaraq 100 milyon ABŞ dollar həcmində vəsaitin ayrılması, xüsusən bu prosesdə əziyyət çəkən insanların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial obyektlərin tikilməsi, yaşayış məntəqələrinin bərpası və ehtiyacı olan insanların bu baxımdan yanında olmağımız çox mühüm əhəmiyyət kəsb edir. Bu, həm Türkiyə, Azərbaycan qardaşlığının əməli işdə, əməli fəaliyyətlə bir nümunəsi olmaqla yanaşı, həm də Azərbaycanın bütün dünya qarşısında öz öhdəliklərinə riayət edən və humanitar fəlakətlərdə hər bir insanın, hər bir bəşər övladının yanında olmasının bir nümunəsidir”.

Deputat onu da əlavə edib ki, Azərbaycan istər pandemiya dövründə, istər Qoşulmama Hərəkatına üzv olan ölkələrin timsalında, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın təşkilatçılığı ilə Heydər Əliyev Fondunun atdığı addımlarla dünyaya nümunə olub:

“Atılan humanitar addımlarla öz üzərimizə götürdüyümüz öhdəlikləri və dünya birliyinin aparıcı ölkələrinin bəyan etdikləri insanlıq qarşısında olan xidmətlərimiz çox gözəl birlik nümunəsidir. Ona görə də Türkiyədəki bu fəlakətin miqyasını düşündükdə Azərbaycanın zamanında atdığı böyük məbləğdə yardımlar, konkret sosial obyektlərin və yaşayış məntəqələrinin tikilməsi istiqamətində ayırdığı vəsait, Prezident İlham Əliyevin əməli fəaliyyətinin, eləcə də iki qardaş ölkənin birliyinin əyani nümunəsidir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki