image-2000x150px
image-123
image-ads_atlas
image-1658819594_din4backend

DİN vətəndaşlara müraciət etdi

image-728x90px

“Saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır. Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb”.

Bununla bağlı  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, təkcə dünən bir neçə vətəndaşımıza dəyən ziyanın miqdarı 20000 manata yaxındır:

“Cinayətkar şəxslər və ya qruplar “onlayn valyutadəyişmə məntəqələri” yaratmaqla valyuta məzənnələrini şişirdərək diqqəti cəlb edir, saxta elektron sikkələr sataraq insanların pul vəsaitlərini kütləvi formada talayırlar. Elektron dövriyyədə bu mübadilə real görünsə də, əslində saxta səhifələr üzərindən idarə edilir, hansısa birja, maliyyə, bank əlaqəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq vətəndaşları diqqətli olmağa, saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinməyə çağırırıq”.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki