image-2000x150px
image-4819512backend

DİQQƏT! Azərbaycanda yeni QADAĞALAR OLACAQ – HAZIRLIQLAR BAŞLADI

image-728x90px

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnaməyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihə hazırlayıb.

Bunu “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva bildirib.

O qeyd edib ki, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var: “Komissiya haqqında əsasnamə mövcuddur. Dövlət Komitəsi sözügedən əsasnaməyə əlavə və dəyişikliklər edilməsi üçün layihə işləyib hazırlayıb. Dəyişikliklərdə komissiyanın ştat cədvəlinə soisal işçi ştatının əlavə edilməsi nəzərdə tutulub. Belə ki, müvafiq sahədə fəaliyyətin daha səmərəli təşkilinə dəstək olmaq məqsədilə sosial işçilərə ehtiyac duyulur.

Digər dəyişiklik təklifi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə Qəyyumluq və Himayəçilik Komissiyasının vahid tərkibdə birləşdirilərək fəaliyyətini Uşaq məsələləri üzrə komissiya kimi davam etdirməsi ilə bağlıdır. Nəzərdə tutulan dəyişikliklərə əsasən vahid qurum olaraq fəaliyyət göstərəcək komissiya qəyyumluq və himayə məsələləri ilə yanaşı, əsasnamədə əksini tapan digər səlahiyyətləri yerinə yetirəcək”.

Müdir müavini vurğulayıb ki, layihədə öz əksini tapmış digər təklif komissiyaların ildə iki dəfə və ya hər ilin sonunda öz fəaliyyətləri ilə bağlı Dövlət Komitəsinə hesabatlar təqdim etməsini nəzərdə tutur: “Belə ki, təqdim olunan hesabatlar əsasında Dövlət Komitəsində təhlillər aparılması və komissiyaların fəaliyyətinə dair ölkə hesabatının Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır. Həmçinin layihədə, intizam tədbiri olaraq uşaqların tərbiyəsinə, səhhətinə mənfi təsir göstərə biləcək hallardan müdafiə etmək məqsədilə onların bəzi yerlərə getmələrinə, yaxud müəyyən şəxslərlə ünsiyyətdə olmalarına bəzi qadağaların tətbiqi təkli edilir. Ümumilikdə layihə tamamlanmaq üzrədir. Razılaşdırıldıqdan sonra təsdiqi ilə bağlı müvafiq dövlət orqanına təqdim olunacaq”.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki