“Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin
Siyahısı”nda dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Dəyişikliyə əsasən, “Yeni Klinika” publik hüquqi şəxs bu siyahıya əlavə edilib. Belə ki, Klinika qaraciyər və böyrəklər köçürməsini həyata keçirə biləcək.
DOĞRU.AZ