image-ads_n1karobka_mobile
image-0f3568ae-0e05-3804-a281-e8cb06a2c0e5_850backend

Dövlət Departamentinin rəsmisi Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə müşavirinin köməkçisi Rena Bitter Polşa, Almaniya və Türkiyəyə səfər edəcək.

Bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, Rena Bitter oktyabrın 7-dən 19-dək Frankfurt, Varşava, Krakov, İstanbul və Ankaraya səfər edəcək.

“Bu səfər xaricdəki ABŞ vətəndaşlarını qorumaq və Birləşmiş Ştatlara qanuni səyahətləri asanlaşdırmaq üçün bizim dərin və davamlı öhdəliyimizi təsdiq edir”, – ABŞ Dövlət Departamentinin məlumatında qeyd olunub.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki