image-n1karobka_ads
image-123
image-01kee3fh9q5aqyndvj9e2rn80z-large-1backend

Dövlət Məşğulluq Agentliyinə yeni müavin – FOTO

image-ad_qayo_720x110px

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevin əmri ilə Eşqin Əli oğlu Bayramov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Doğru.az xəbər verir ki, nazirlik bununla bağlı rəsmi məlumat yayıb.

Bildirilib ki, Eşqin Bayramov 1985-ci ildə anadan olub. O, 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Ukraynanın Regionlararası İdarəetmə Akademiyasında “Ölkəşünaslıq – Avropa ölkələri” üzrə magistr, 2013-2017-ci illərdə isə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb. Doktorantura dövründə beynəlxalq qrant layihəsinin qalibi olub və Yunanıstanın Beynəlxalq Hellenic Universitetində elmi tədqiqatçı kimi çalışıb.

O, İqtisad elmləri üzrə fəlsəfə doktorudur.

2016-2021-ci illərdə Britaniyanın Şeffild Universitetində “Marketinq, reklam və ictimaiyyətlə əlaqələr” ixtisası üzrə təhsil alıb.

2011-2025-ci illərdə Bakı Biznes Universitetində şöbə müdiri, prorektor və müəllim kimi fəaliyyət göstərib. 2025-ci ilin fevral ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq Əlaqələr və Layihələr Departamentinin müdiri olub.

DOĞRU.AZ

image-1768197266_1854088492987360-1

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki