image-2000x150px
image-ilg_8500backend

Dövlətimizin həssas kateqoriyadan olanlara qayğısı davam edir – ARZU BAĞIROVA

image-728x90px

Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

Dövlət başçısının imzaladığı yeni fərmanlar bu istiqamətdə növbəti mühüm addım olmaqla, əlilliyi olan şəxslərə verilən müavinətlərin, I dərəcə əlilliyi olanlara və sağ­lamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qul­luq edənlərə Prezidentin aylıq təqaüdünün gələn ilin əvvəlindən artırılmasını nəzərdə tutur.

Biz “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi olaraq daim həssas kateqoriyadan olan insanların problemlərinə dəstək olmağa çalışırıq. Yeni fərmanla belə şəxslərin müavinətlərinin yeni ildən hissolunacaq dərəcədə artırılması belə ailələrə böyük sosial dəstəkdir. Qeyd edək ki, yeni fərmanla əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən I dərəcə üzrə – 150 manatdan 220 manata, II dərəcə üzrə – 130 manatdan 180 manata, III dərəcə üzrə – 110 manatdan 120 manata çatdırıla­caq. Bu, onu göstərir ki, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Həmçinin bu müavinətlərdən əlavə, ümumi səbəbdən I dərəcə əlilliyi olanlar Prezidentin aylıq təqaüdü olaraq 130 manat ödənişlə də təmin olunur.

Qeyd edək ki, müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə Prezi­dentin aylıq təqaüdü olaraq I dərəcə üçün 400 manat, II dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat ödənilir. Bu təqaüdlər cari ilin əvvəlində növbəti dəfə olmaqla orta hesabla 50% artırılıb. Onu da diqqətə çatdıraq ki, birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezi­dentin aylıq təqaüdü də 60% artırılaraq gələn ilin əvvəlindən 80 manata çatdırılır. Beləliklə, müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Bu da 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 2,5 dəfə, 2,2 dəfə və 2,2 dəfə çoxdur. Həmin kateqoriyalara aid əlilliyi olan şəxslər əmək pensiyası aldıqda orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat alacaqlar. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manat­dan 200 manata çatdırılıb. Onlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni fərmanla həmin təqaüd də 60% artımla 50 manatdan 80 manata çatdırılıb.

Beləliklə, sağlamlıq imkanları məhdud uşaq­lar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğ müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcəkdir. Bunlar isə dövlət başçısının əhalinin həssas kateqoriyasına göstərdiyi qayğı və diqqətin göstəricisidir.

Arzu BAĞIROVA,

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki