Dubayda şənliklər üçün hazırlanmış dünyanın ilk şəxsi təyyarəsi var.
Bu barədə “Mirror” məlumat yayıb.
Dubaydakı Five Hotels & Resorts mehmanxanalar şəbəkəsinin sahibi Airbus ACJ TwoTwenty təyyarəsi alıb və onu “party jet”ə çevirib. Təyyarədə güclü səs sistemi olan rəqs meydançası, yemək sahəsi, kinoteatr otağı və kral ölçülü çarpayı və duşlu yataq otağı var. Şəxsi təyyarə 16 sərnişini qəbul edə bilər və uçuşlar 12 saata qədər davam edə bilər.
Səmada bir saatın qiyməti 10.000 funt sterlinq təşkil edir, əgər 16 nəfərlik şirkət havada əyləncə təşkil etmək qərarına gəlsə, Londondan Dubaya səyahət hər bir sərnişin üçün 4000 funt-sterlinqə başa gələcək.
Mənbə: Gazeta.ru

























