Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisinin 6 idmançısı 1/8 final döyüşlərini qələbə ilə başa vurub.
Doğru.az xəbər verir ki, Sübhan Mamedov (48 kq) 1/4 finala yüksələrək Mehron Şafiyevi (Tacikistan) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Şodiyorjon Melikuzyevlə (Özbəkistan) üz-üzə gələcək.
Məhəmmədəli Aşurəliyev (60 kq) 1/8 finalda Artuş Qomtsyana (Gürcüstan) 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib və 1/4 finalda Abdumalik Xalokov (Özbəkistan) ilə döyüşəcək.
Zaur Qəhrəmanov (67 kq) Tomas Kasazzanı (Argentina) 5:0 (30:25, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib və növbəti mərhələdə Yevgeni Kul (Rusiya) ilə qarşılaşacaq.
DOĞRU.AZ




























