Ali Radanın deputatı Aleksandr Dubinski ABŞ prezidenti Donald Trampın Volodimir Zelenskiyə qarşı açıq-aşkar qıcıqlanma nümayiş etdirdiyi barədə fikir bildirib.
“Trampın Zelenskinin Cənubi Afrikaya səfərini ələ salması (və doğrudan da, ora niyə getdi?) bir daha vurğuladı ki, onlar arasında münasibətlərin istiləşməsindən söhbət getmir. Üstəlik, Zelenski Tramp üçün qıcıqlandırıcı olaraq qalır”, – o, Telegram kanalında yazıb.
Bundan əvvəl Tramp Zelenskinin Cənubi Afrikaya səfərinin məqsədi ilə bağlı sual vermişdi.
Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zelenskinin Cənubi Afrikaya səfəri ilə bağlı zarafat edib və səfərin məqsədinin tur ola biləcəyini qeyd edib.
DOĞRU.AZ