Fiqurlu konkisürmə üzrə dünya çempionu Yelizaveta Tuktamışeva idman karyerasını bitirdiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, o, bu barədə Kravçenkonun YouTube kanalında yayımlanan müsahibəsində danışıb.
“Fiqurlu konkisürmə kiçik bir həyatdır. Çətinliklər çox oldu, amma xoşbəxt anlar daha çox idi. Bu gün minnətdarlıq hissi ilə deyə bilərəm ki, parlaq bir karyeram olub və heç bir peşmançılığım yoxdur. İdman karyeramı başa vurduğumu rəsmi olaraq bildirirəm”, – deyə Tuktamışeva deyib.
Qeyd edək ki, 2023-cü ilin payızında o, “özünə fokuslanmaq” üçün peşəkar fəaliyyətinə fasilə verdiyini açıqlamışdı. Tuktamışeva 2015-ci ilin Dünya və Avropa çempionu, 2021-ci ilin Dünya Çempionatının gümüş mükafatçısıdır. Üç Olimpiya tsiklində yarışsa da, heç vaxt Olimpiadaya vəsiqə qazana bilməyib.
Bundan əvvəl o, Petrosyan və Qumennikin Olimpiadadakı şansları barədə zarafatla fikir bildirmişdi.
DOĞRU.AZ




























