Kamerunun lideri Pol Biya fevralın 13-də 92 yaşını tamamladıqdan sonra prezident seçkilərində qalib gələrək səkkizinci müddətinə seçilib.
Doğru.az xəbər verir ki, Biya seçicilərin 52,2% səsini qazanıb. İnauqurasiya mərasimi noyabrın 6-na planlaşdırılıb.
Qeyd edək ki, Pol Biya 1975–1982-ci illərdə Kamerunun baş naziri olub, 1982-ci ildən isə ölkənin prezidentidir. Namizədliyini o, yanvar ayında elan etmişdi. Prezident seçkiləri isə 2025-ci il oktyabrın 12-si keçirilmişdi.
DOĞRU.AZ




























