image-2000x150px
image-2020-1632207240backend

DYP-dən qəza zamanı hadisə yerindən yayınan sürücülərə XƏBƏRDARLIQ

image-728x90px

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi yol-nəqliyyat hadisələri zamanı hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib.

DYP-dən verilən məlumatda deyilir:

“Maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bir çox hallarda sürücünün hadisə yerindən yayınması və ya ilkin olaraq tərəflərin öz aralarında gəldikləri razılığın bir tərəfli qaydada pozulması, daha sonra inzibati, mülki, bəzi hallarda isə cinayət məsuliyyəti yaranmasına səbəb olur. Belə haqlı narazılıq hallarının qarşısının alınması məqsədi ilə bildiririk:

Sürücülər hadisənin baş verdiyi ərazidə süni sıxlıq və tıxacların yaranması üçün hadisə nəticəsində xəsarət görmüş avtomobillərin, həmçinin digər maneələrin foto və ya video qeydlərini aparmalı və aidiyyəti üzrə polisə məlumat verməli, digər avtomobillərin hərəkətinə çətinlik yaratmamaq üçün nəqliyyat vasitələrini yolun təhlükəsiz hissəsinə-kənarına qəza durma qaydalarına əməl etməklə aparmalıdırlar.

Əgər hadisə zamanı şəxsin sağlamlığında xəsarət və ya ölüm halı baş vermişdirsə, bu barədə mütləq qaydada məlumat polisə düzgün verilməli, xəsarət alan şəxsə isə ilkin tibbi yardımın göstərilməsini, eləcə də xəstəxanaya çatdırılması təmin etmək hər bir sürücüdən tələb olunur. Əks təqdirdə, bu, gələcəkdə hadisəni törədən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Baş vermiş hadisələrin gizlədilməsi isə ən yaxşı halda inzibati məsuliyyət yaradır”.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki