image-2000x150px
image-123
image-ads_atlas
image-editor_5a3542382582c698a4f5661bb0306897_wfk0bymhqu1xvsp37j95-768x312backend

Editor.az İnformasiya Portalının 9 yaşı tamam oldu

image-728x90px

2012-ci ildən fəaliyyətə başlayan Editor.az İnformasiya Portalı bu gün növbəti ad gününü qeyd edir.

Editor.az-ın təsisçisi və baş redaktoru Fərid Şahbazlı bildirib ki, gərgin rəqabət şəraitində yaranan və fəaliyyətini davam etdirən portal doqquz illik zaman kəsiyində ölkənin internet media məkanında özünəməxsus yer və nüfuz qazana bilib:

“Dövlətçilik maraqlarının və jurnalistika prinsiplərinə əməl etmək ən ali amalımızdır. Doqquz yaşının tamamında Editor.az-ı hər gün dünyanın müxtəlif ölkələrindən minlərlə oxucu ziyarət edir. Çalışırıq kəmiyyətdən daha çox, keyfiyyətli xəbərə üstünlük verək. İlk gündən dəqiq və qərəzsiz xəbərlər, hadisələrə obyektiv mütəxəssis və ekspertlər rəyləri təqdim etmək siyasətini həyata keçirən Editor.az-ın xəbərlərinə mütəmadi olaraq ölkəmizin tanınmış mətbu orqanları istinad edir. Editor.az-ın bütün sosial şəbəkələrdə hesabları mövcuddur və onlar aktiv şəkildə fəaliyyət göstərir”.

F.Şahbazlı qeyd edib ki, Editor.az 44 günlük Vətən Müharibəsi dövründə düşmənlə informasiya savaşı müstəvisində əlindən gələni etməyə çalışıb: “Vətən Müharibəsi ərəfəsində portalımızın Editor TV internet televiziyası fəaliyyətə başladı. Müharibənin getdiyi o gərgin günlərdə Editor TV tərəfindən “Youtube” platformasında rus və erməni dillərində düşmənin təxribatçı siyasətini ifşa edən onlarla materiallar hazırlandı. Bu materiallara ümumilikdə yarım milyondan artıq baxış, ciddi oxucu reaksiyaları oldu. Hazırladığımız materiallar Ermənistan mətbuatının belə gündəmini məşğul edə bildi. Düşünürük ki, 9 il ərzində fəaliyyətimizin ən mühüm və şərəfli dövrü məhz Vətən Müharibəsi dönəmi oldu”.

Baş redaktor qeyd edib ki, hazırda Editor.az beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır: “Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, Pakistan, Qazaxıstan, Özbəkistandan olan həmkarlarımızla, media qurumları ilə yaxından əməkdaşlıq edirik. Zamanla əməkdaşlıqlarımızı daha da genişləndirmək və inkişaf etdirmək üçün ciddi addımlar atacağıq”.

Doğru.az  Editor.az-ın kollektivini 9 yaş münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki