image-2000x150px
image-123
image-ads_atlas
image-1712739191464257100_1200x630backend

Ədliyyə naziri Yardımlıda vətəndaşların müraciətlərini dinləyib – FOTO

image-728x90px

Prezident İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları daim diqqətdə saxlanılaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Doğru.az-a bildiriblər ki, aprelin 9-da ədliyyə naziri Fərid Əhmədov Yardımlı rayonunda Yardımlı, Masallı, Cəlilabad və digər rayonlardan olan vətəndaşların müraciətlərini dinləyib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Nazir görüşə gələn vətəndaşların, o cümlədən şəhid ailələrinin və müharibə veteranlarının ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, digər qayğıları ilə maraqlanıb. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digərləri isə araşdırılması üçün nəzarətə götürülərək nazirliyin qəbulda iştirak edən aidiyyəti əməkdaşlarına tapşırıqlar verilib.

Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı, həmçinin nazirliyin yerli qurumlarına və məhkəməyə baş çəkilib, infrastruktur və iş şəraiti ilə tanışlıq olub. Ədliyyə işçilərinə fəaliyyətin müasir çağırışlara uyğun təşkili ilə bağlı tapşırıq və tövsiyələr verilib.

DOĞRU.AZ

image-17127391913449021111_1200x630 image-1712739191497299491_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki