image-n1karobka_ads
image-123
image-68b616e702e8bd0d28353ecebackend

Əfqanıstan Səhiyyə Nazirliyi zərər çəkmiş bölgələrlə əlaqənin olmadığını bildirib

image-ad_qayo_720x110px

Əfqanıstanın müvəqqəti hökumətinin Səhiyyə Nazirliyi zəlzələdən zərər çəkmiş rayonlarda rabitənin olmadığını açıqlayıb.

Doğru.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Şərafət Zaman bildirib ki, zəlzələ dağlıq ərazilərdə baş verib, evlər dağılıb və bu bölgələrə giriş çətindir. Nəticədə bir çox insan itkin düşmüş hesab olunur.

Onun sözlərinə görə, “bir neçə tibb müəssisəsində 300-dən çox qurban qeydə alınıb. Lakin ərazilər dağıdılıb və rabitə yoxdur, ona görə də dəqiq məlumat vermək mümkün deyil”.

Zaman əlavə edib ki, fəlakətin ilk günündə 1,4 mindən çox insan zərər çəkib. Xilasetmə və axtarış əməliyyatları davam edir.

Qeyd edək ki, Sky News daha əvvəl ölənlərin sayının 800-dən çox olduğunu bildirirdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki