image-ads_n1karobka_mobile
image-1767907435_1767906239_img-20260109-wa0006backend

Əhmədli qəsəbəsində yaşayış binasında yanğın – VİDEO

image-add-a-heading

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 66B ünvanında yerləşən yaşayış binasında yanğın başlayıb.

Doğru.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hadisə yerinə Yanğından Mühafizə Xidmətinin əməkdaşları, polis və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın binanın 16-cı mərtəbəsində baş verib. İlkin məlumata görə, hadisə zamanı bir nəfər xəsarət alıb və vəziyyətinin ağır olduğu bildirilir.

DOĞRU.AZ

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki