Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Türkmənbaşı şəhərində işgüzar səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Doğru.az xəbər verir ki, görüş zamanı Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın hökumət başçısına çatdırıb.
İrakli Kobaxidze göstərilən diqqətə görə təşəkkürünü bildirib və Prezident İlham Əliyevə öz salamlarını çatdırmağı xahiş edib.
Tərəflər görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. İqtisadi-ticari, investisiya, nəqliyyat-tranzit, energetika və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
DOĞRU.AZ