image-2000x150px
image-123
image-ads_atlas
image-3a6593a2-dc28-3633-948a-acd5dc7981b6_850backend

Əli Nağıyev Prezidentə təşəkkür etdi

image-728x90px

“Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı ərəfəsində möhtərəm Prezident, Ali Baş Komandan zati-aliləri cənab İlham Əliyevin Sərəncamı ilə əldə etdikləri nailiyyətlərə görə Xidmətimizin bir qrup əməkdaşı ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görülmüşdür”.

Doğru.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xİdmətinin (DTX) rəisi Əli Nağıyev qurum 105 illiyi ilə əlaqədar keçirilən təntənəli tədbirdə deyib.

“Eyni zamanda, dövlət başçısının tapşırığı ilə əməkdaşlarımızın mənzilməişət şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Fürsətdən istifadə edərək Xidmətimizə göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentə şəxsi heyətimiz adından dərin minnətdarlığımızı bildirirəm. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideologiyasına sadiq, möhtərəm Prezident cənab İlham Əliyevin əmr və göstərişlərinin icrasına hər an hazır olan Xidmətin hər bir əməkdaşı Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən dövlət siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəkdir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki