image-ads_n1karobka_mobile
image-17625048434473818172_1200x630backend

Elmir Səlimov Avropa birinciliyində gümüş medal qazandı

Azərbaycanın yeniyetmə taekvondoçusu Elmir Səlimov Yunanıstanın Afina şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsüyə qalxıb.

Taekvondo Federasiyasından Doğru.az-a bildirilib ki, 53 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gümüş medala layiq görülüb.

Ötən gün start götürən yarışa noyabrın 8-də yekun vurulacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki