Milyarder Elon Musk sosial şəbəkədə bildirib ki, onun indi və həmişəlik pasportu ABŞ-dır. “Mən burada yaşayıb öləcəyəm. Ya da Marsda (Amerikanın bir hissəsi)” – deyə o yazıb.
Doğru.az xəbər verir ki, Muskın Marsı “ABŞ-ın bir hissəsi” adlandırması ilə konkret nəyi nəzərdə tutduğu açıqlanmasa da, planeti artıq ABŞ-a daxil etməsi ehtimal olunur.
Qeyd edək ki, bundan əvvəl ABŞ nəqliyyat naziri və NASA administratorunun səlahiyyətlərini icra edən Şon Daffi Marsa insan göndərmək planlarını 2030-cu illərin əvvəllərində həyata keçirməyi açıqlamışdı.
DOĞRU.AZ