image-2000x150px
image-1632128469_242355048_367449768390395_6600185163516574514_nbackend

Elşən Gəncəvi yerli və beynəlxalq mükafatlara layiq görülüb – FOTOLAR

image-728x90px

Elşən Gəncəvi son bir ayda Bakıda və İstanbulda yerli və beynəlxalq mükafatlara layiq görülüb.

Doğru.az İslahat.az-a istinadən xəbər verir ki, Elşən Gəncəvi Bakıda “A Media Group” tərəfindən keçirilən “Selected People Awards 2021”, “Caspian Events Group” tərəfindən keçirilən “Trend of the Year 2021”, Novruz İsmayıl tərəfindən keçirilən “Diamond Globe Awards 2021” layihələrində ictimai xadim və iş adamı olaraq mükafatlandırılıb. Mükafatlandırılma mərasimlərində Azərbaycanda fəaliyyət göstərən şirkətlər və öz sahəsində uğur qazanmış insanlar iştirak ediblər.

Elşən Gəncəvi “Avand Production” və Oya Ulucan tərəfindən Bakıda keçirilən beynəlxalq “Türkiye Kalite Ödülleri 2021” layihəsində mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycan və Türkiyənin müxtəlif sahələrində peşəkar fəaliyyət göstərən şəxslər iştirak edib.

Elşən Gəncəvi Tükiyənin İstanbul şəhərində Olcay Kutlucanın imzası ilə keçirilən “Altın Melek Ödülleri 2021” layihəsində “YILIN EN BAŞARILI İŞ ADAMI” nominasiyası üzrə mükafatlandırılıb. Mükafatlandırma mərasimində Türkiyənin müxtəlif sahələrində fəaliyyət göstərən tanınmış simaları iştirak edib. Elşən Gəncəvinin “Altın Melek Ödülleri 2021” layihəsində nominant olmasına səbəb Türkiyədə sosial fəaliyyət istiqamətlərində töhvələridir.

Elşən Gəncəvi “Ganjavi Holding”in prezidenti, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyi – İctimai və Sosial Şuranın rəhbəri, “NAJAFSOY GROUP”, “Pi Education” şirkətlərinin təsisçisi, “Oxu-magiya” kitabının müəllifi, “GanjaviMedia.az” informasiya portalının və “Siyasi.az” xəbər portalının portalının baş redaktoru, “İslahat.az” xəbər portalının və “İctimai.az” informasiya portalının yazarıdır.

“PUBLIC” və “GƏNCƏVİ” jurnallarının təsisçisi və baş redaktorudur. İctimai, sosial və iqtisadi layihələrin müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

DOĞRU.AZ

image-1632128553_242293892_989302041864879_2680449902885781_n image-1632128357_242290897_593357671816311_2452367282528782500_n image-1632128426_242386861_377299717197693_2741436819641403780_n image-1632128393_242290897_593357671816311_2452367282528782500_n image-1632128469_242355048_367449768390395_6600185163516574514_n

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki