image-n1karobka_ads
image-123
image-68b8a74102e8bd5f5b4588a2backend

Epşteynin ölüm gecəsi müşahidə kamerasında “itkin dəqiqə” ortaya çıxıb

image-ad_qayo_720x110px

New York Post xəbər verir ki, uşaq zorakılığı törətməkdə təqsirləndirilən milyarder Ceffri Epşteynin ölüm gecəsi həbsxana kamerasından götürülən yeni videoyazılarda bir dəqiqənin çatışmadığı üzə çıxıb.

Doğru.az xəbər verir ki, sənədlərin orijinal paketində Epşteynin kamerasından 11 saatlıq səs yazısı olub. Lakin 2019-cu il avqustun 9-dan 10-na keçən gecə materialda bir dəqiqəlik boşluq qeydə alınıb.

Nəşrin məlumatına görə, yayımlanan kadrlarda gecə yarısı kamera məlumatlarının dəyişdiyi, video çəkilişin iki fraqmentinin birləşdiyi görünür. “Görünür, əvvəllər buraxılmış dəqiqə ərzində heç nə baş verməyib”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, Epşteynin köməkçisi kimi tanınan və sonradan məhkum edilən Ghislaine Maxwell daha əvvəl maliyyəçinin “xidmətlərindən istifadə edənlərin siyahısının olmadığını” bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki