TASS agentliyi Ər-Riyad və Vaşinqtonun birgə bəyanatına istinadən xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanı Sudanda atəşkəslə bağlı vəziyyətə müsbət yanaşır.
“Sudan Ordusu və Çevik Hərəkət Qüvvələri atəşkəs dövründə öz bölmələrinə effektiv komandanlıq nümayiş etdirib, bu, bütün ölkə ərazisində hərbi əməliyyatların intensivliyinin azalmasına gətirib çıxarıb və həyati əhəmiyyətli humanitar yardımın çatdırılmasına imkan verib”, – deyə məlumatda bildirilir.
Bununla belə, Ər-Riyad və Vaşinqton da atəşkəs başa çatdıqdan sonra silahlı toqquşmaların yenidən başlamasından təəssüfləndiklərini bildiriblər.