image-n1karobka_ads
image-123
image-669af6cc99c475a3bfe095194541180fbackend

Ərdoğan Amerikaya gedəcək

image-ad_qayo_720x110px
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun iyulun 12-13-də keçiriləcək sammiti ilə əlaqədar bu ilin iyulunda ABŞ-yə səfər edə bilər.

Doğru.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda 39-cu Amerika-Türkiyə Şurasının sessiyasında çıxışı zamanı deyib.

“Biz iyulda keçiriləcək NATO sammitində prezident Ərdoğanı səbirsizliklə gözləyirik. Türkiyə Ukrayna münaqişəsi kontekstində mühüm və müsbət rol oynayıb”, – diplomat deyib.

O, həmçinin qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb.

Xatırladaq ki, Ərdoğanın ABŞ-yə səfəri əvvəlcə mayın əvvəlinə planlaşdırılırdı.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki