Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşündə Ankara ilə Vaşinqton arasında münasibətlərdə yeni mərhələnin başladığını açıqlayıb.
Bu barədə TRT məlumat yayıb.
Ərdoğanın sözlərinə görə, iki ölkə arasında strateji mexanizm çərçivəsində ən yüksək səviyyədə məsləhətləşmələrin vaxtı çatıb. Türkiyə prezidenti qeyd edib ki, Baydenlə görüşü belə qarşılıqlı fəaliyyətə doğru ilk addım hesab edir.
“Əvvəlki görüşlərimiz bir növ isinmə xarakteri daşıyırdı. Amma indi biz yeni mərhələyə başlayırıq”, – Türkiyə lideri bildirib.
Mənbə: TRT