image-n1karobka_ads
image-123
image-ap172300898991-pic_32ratio_900x600-900x600-69379backend

Ərdoğan Putinin Türkiyəyə səfərinin gözləntisini açıqlayıb

image-ad_qayo_720x110px

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin avqustda Türkiyəyə səfərini gözlədiyini bildirib.

TRT xəbər verir ki, o, bunu NATO sammiti üçün Vilnüsə uçmazdan əvvəl deyib.

Ərdoğan qeyd edib ki, əgər Putinin Türkiyəyə səfəri baş tutsa, o zaman iki ölkə başçıları taxıl dəhlizi və Ukrayna münaqişəsi mövzularını mütləq müzakirə edəcəklər.

Eyni zamanda Türkiyə prezidenti əlavə edib ki, Putinin Türkiyənin vasitəçilik səyləri ilə bağlı mövqeyini dəyişəcəyini gözləmir.

Bundan əvvəl RİA Novosti agentliyi öz mənbəsinin fikrini çatdırmışdı ki, Türkiyə və Rusiya prezidentləri arasında gözlənilən danışıqlar iyulun 17-dən sonra taxıl sazişinin uzadılması üçün yeganə ümid olaraq qalır. Qara dəniz təşəbbüsünün uzadılmasının mümkünlüyündən danışan agentliyin həmsöhbəti bu məsələdə nikbinliyin olmadığını bildirib.

Mənbə: TRT

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki