image-n1karobka_ads
image-123
image-2023-01-29t191037z_1455437895_rc26zy92tf4y_rtrmadp_3_nato-nordics-turkey-pic_32ratio_900x600-900x600-56375backend

Ərdoğan seçkilərdə Türkiyə vətəndaşlarının “Anadolu müdrikliyinə” güvəndiyini deyir

image-ad_qayo_720x110px

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əmin olduğunu bildirib ki, Türkiyə vətəndaşları ölkə prezidentini seçərkən Qərb dövlətlərinin “qulaqlarına pıçıldadıqlarına” deyil, “Anadolu müdrikliyinə” güvənəcəklər.

O, Tvitter hesabında türk xalqının tədbirliliyinə və müdrikliyinə arxalandığını yazıb.

“Biz Qərb dövlətlərinin bəziləri kimi qulağımıza pıçıldadıqlarına deyil, Anadolu müdrikliyinə güvəndik. Bu gün biz 85 milyon insanın tədbirliliyinə və müdrikliyinə arxalanırıq. Mayın 14-də Anadolu hikmətinin qalib gələcəyinə ürəkdən inanırıq”, – Ərdoğan yazıb.

Türkiyə prezidenti onu da bildirib ki, partiyası və o, 21 ildir ki, “çirkli ssenarilər”lə mübarizə aparır. “Onların hamısının məqsədi xalqın seçkilərdə seçdiyi hakimiyyəti zorla dəyişdirmək idi. Amma biz demokratiyamızı lazım olanda canımızla qorumuşuq” deyə yazıb.

Mənbə: TRT Haber

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki