image-n1karobka_ads
image-123
image-686e4e01ae5ac94b512e7ff5backend

Erməni diasporunun nümayəndəsi İrəvanı xalqın və kilsənin maraqlarını nəzərə almağa çağırıb

Ermənistan hakimiyyəti yalnız ölkə vətəndaşlarının deyil, həm də dünya üzrə yayılmış erməni diasporunun və kilsənin maraqlarını nəzərə almalıdır.

Doğru.az xəbər verir ki, bu fikirləri Argentina Erməni Mərkəzinin institusional məsələlər üzrə direktoru Xuan Sarrafian Sputnik Mundo Radiosuna müsahibəsində səsləndirib.

Sarrafian bildirib ki, son vaxtlar ölkədə gərginlik artıb və bu, Samvel Karapetyanın həbsi ilə daha da dərinləşib. O, eyni zamanda vurğulayıb ki, təxminən 7 milyonluq erməni diasporu kilsə strukturları ilə sıx əlaqələr saxlayır və bu münasibətlər nəzərə alınmalıdır.

Qeyd edək ki, Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan da RT-yə müsahibəsində hazırkı vəziyyəti “qanunsuzluq qarşısında hamı bərabərdir” ifadəsi ilə xarakterizə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki