image-2000x150px
image-123
image-ads_atlas
image-30593_s8zhs6tyuobackend

Erməni təxribatına İran səfirliyindən – Reaksiya

image-728x90px

İranın Azərbaycandakı səfirliyi sosial şəbəkələrdə yayılan İranın Azərbaycanla sərhədə ağır texnika yığması ilə bağlı görüntülərə aydınlıq gətirib.

Doğru.Az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyindən Trend-ə bildirilib ki, İran İslam Respublikasının İslam Keşikçiləri Korpusunun (SEPAH) rəsmi “Telegram” kanalı yoxdur, SEPAH-ın rəsmi mövqeyini rəsmi kanallar və bu qurumun sözçüsü tərəfindən öyrənmək olar.

“Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır. Həmin görüntülər bir neçə il əvvələ aiddir. Bu kimi şayiələr iki ölkə əlaqələrinin bədxahları tərəfindən Tehran-Bakı əlaqələrini pozmaq niyyəti ilə dövriyyəyə buraxılır”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün erməni teleqram kanalları növbəti təxribata əl atıb. Sözügedən kanallarda yayılan videoda guya İran Azərbaycanla sərhəddə təlim keçirmək üçün əraziyə texnika yığır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki