image-n1karobka_ads
image-123
image-fotojet-27backend

Ermənilər “Laçın” sərhəd-buraxılış məntəqəsini atəşə tutublar – Sərhədçimiz yaralanıb

image-ad_qayo_720x110px

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub.

Bununla bağlı “Caliber” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunur ki, atəş sərhəd-buraxılış məntəqəsi ilə üzbəüz mövqelərdən, Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.

Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb.

Onun vəziyyəti stabil qiymətləndirilir.

Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçilər postlarını tərk ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki