image-ads_n1karobka_mobile
image-fotojet-2023-04-12t175502-835backend

Ermənistan xarici işlər naziri yaxın 

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan yaxın vaxtlarda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcəyini açıqlayıb.

Ararat Mirzoyan bu barədə parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, danışıqların aparılması ilə bağlı tərəfdaşlardan, vasitəçilərdən, beynəlxalq aktorlardan çox sayda təkliflər daxil olur.

“Ermənistan tərəfi görüş və danışıqlar formatını davam etdirməyə hazırdır, prosesə heç vaxt ara verilməyib. Tərəflər birbaşa və üçüncü ölkələr vasitəsilə əlaqə saxlayırlar”, – deyə o bildirib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki