Ermənistanın Proşyan və Kasax kəndlərinin sakinləri onları Zaqafqaziya respublikasının paytaxtı ilə birləşdirən avtobus marşrutlarının ləğvi ilə bağlı qərara yenidən baxılmasını tələb edərək etiraz aksiyası keçiriblər.
Sputnik Ermənistan yazır ki, etiraza kəndləri İrəvanla birləşdirən 25 və 59 saylı marşrut avtobuslarının fəaliyyətinin dayandırılması səbəb olub.
Yerli sakinlərin sözlərinə görə, bu marşrutların əvəzinə indi daha bahalı və daha az komfortlu mikroavtobuslar işləyir.
Hadisə yerinə polis qüvvələri, o cümlədən xüsusi təyinatlı dəstə cəlb olunub.
DOĞRU.AZ