Ermənistan parlamentinin “Mənim şərəfim var” müxalifət fraksiyası ölkənin baş naziri Nikol Paşinyanın impiçmenti prosesinə başlamağa hazır olduğunu bəyan edib.
Bu barədə fraksiya rəhbəri Ayk Mamicanyan bildirib.
Müxalifət fəalları Narek Malyan və Edqar Qazaryan bütün parlament üzvlərinə Paşinyanın impiçmenti təklifi ilə müraciət ediblər.
“Biz təsdiq edirik ki, hazırda hakimiyyət dəyişikliyinə nail olmağın ən çox ehtimal olunan yolu baş nazirə etimadsızlıq prosesidir”, – deyə Mamicanyan bildirib.
Qeyd edildiyi kimi, prosesə başlamaq üçün təşəbbüskarlar baş nazirliyə öz namizədlərini irəli sürməlidirlər.
DOĞRU.AZ