image-2000x150px
image-123
image-ads_atlas
image-41c38e23-93ef-3569-8f62-41b744ddadf5_850backend

Ermənistanda saxlanılan azərbaycanlı hərbçilərin yaxınları Avropa Məhkəməsinə müraciət ediblər

image-728x90px

Əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yollarını azaraq Ermənistan tərəfə keçən və orada saxlanılan Azərbaycan hərbçilərinin yaxınları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək onlardan Ermənistan hökumətinin hərbçilərin təhlükəsizliyini təmin etməyə və onlara tibbi yardım göstərilməsinə məcbur edilməsini tələb ediblər.

KİV-də Azərbaycan hərbçisinə qarşı zorakılıq faktlarını əks etdirən video və fotomaterialların yayılmasından sonra Hüseyn Axundov və Aqşin Bəbirovun yaxınları Ermənistana qarşı müvəqqəti tədbirlərin görülməsi tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

Müraciətdə Ermənistan hakimiyyətini dərhal Azərbaycan hərbçilərinin təhlükəsizliyini təmin etmək və onlara tibbi yardım göstərmək, habelə onların harada olması, saxlanma şəraiti və sağlamlıq vəziyyəti barədə məlumat verməyə məcbur etmək barədə tələblər yer alıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki