Türkiyənin Ərzincan şəhərində yerləşən Binəli Yıldırım Universitetində “Qərbi Azərbaycana Qayıdış” layihəsi çərçivəsində genişmiqyaslı konfrans təşkil olunub. Tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Üçüncü Sektor” İctimai Birliyi və Türk İnternet Media Birliyinin (TİMBİR) təşkilatçılığı ilə baş tutub.
Tədbirin açılışında TİMBİR-in Şərqi Anadolu bölgə rəhbəri Selçuk Özdemir layihənin aktuallığı və məqsədləri haqqında danışıb. Layihənin rəhbəri, Qarabağ qazisi və “Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı isə iştirakçılara layihənin mahiyyəti barədə ətraflı məlumat verib.
Konfransda Ərzincan Binəli Yıldırım Universitetinin rektor müavini prof. dr. Çağrı Çırak, Ərzincan valisinin müavini Ömər Özbəy, TİMBİR sədri Süleyman Basa və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər rəsmi çıxışlarla çıxış ediblər.
Ardınca Türkiyənin tanınmış media nümayəndəsi, “Merhaba” qəzetinin baş redaktoru Semra Akyürekin moderatorluğu ilə panel müzakirələr başlayıb. Paneldə Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir, BHA direktoru Muhammet Kaçar, “Star” qəzetinin yazarı Cüneyd Altıparmak və Adıyaman Universitetinin professoru Şehrebanu Allahverdi deportasiya olunmuş soydaşlarımızın vəziyyəti və onların doğma torpaqlarına dönüş imkanları barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda iştirakçılara xatirə plaketləri təqdim olunub.
DOĞRU.AZ