image-2000x150px
image-123
image-ads_atlas
image-resizerbackend

“Əslində “Böyük Qayıdış”ımız elə Cəbrayıldan başlayıb” – Könül İsmayılova

image-728x90px

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi…

İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Cəbrayıllılar 27 il qaçqınlıq həyatı yaşadılar. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Təbii ki, hər bir məcburi köçkün kimi cəbrayıllılar da çətin günlərin uzun sürdüyünü görsələr də, bunun sonunun da gələcəyini bilirdilər. Buna görə də onlar hər bir əziyyətə dözüb, öz doğma torpaqlarının azad olunacağı günü gözləyirdilər.

Əslində “Böyük Qayıdış”ımız elə Cəbrayıldan başlayıb. Belə ki, 1994-cü il 5 yanvarda Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcankı kəndi işğaldan azad edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı isə Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyini də işğaldan azad etdi. Bununla da Ordumuz bizi Böyük Qələbəyə daha yaxın etdi.

Cəbrayıllılar üçün ən böyük tarix 2020-ci ilin 4 oktyabrı oldu. Çünki bu gündə Cəbrayıl rayonu işğaldan azad olundu. Əvvəlcə, 27 sentyabrda Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olundu. 4 oktyabrda isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi.

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Prezident İlham Əliyevin bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması isə Azərbaycan xalqı üçün qürur və fəxarətdir.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki