Estoniyanın birpalatalı parlamenti olan Riigikogu Ailə Qanunu Aktına düzəlişlər etdi və bununla da ölkədə eynicinsli nikahları qanuniləşdirdi.
Bu barədə ERR məlumat yayıb.
Riigikogu-nun 55 üzvü qanun layihəsinin lehinə, 34-ü əleyhinə səs verib.
Qanun layihəsində nəzərdə tutulur ki, iki yetkin şəxs cinsindən asılı olmayaraq nikaha girə bilər. Qanun eynicinsli cütlüklərə uşaqları övladlığa götürməyə də icazə verir. Bu, uşağın ikidən çox valideyninin ola bilməməsi prinsipini müəyyən edir.
Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Estoniya Şərqi Avropada Sloveniyadan sonra eynicinsli cütlüklərin evlənə biləcəyi ikinci ölkə olacaq.
Mənbə: Haberler.com

























