image-2000x150px
image-123
image-ads_atlas
image-ap21350339830908-pic_32ratio_900x600-900x600-93258backend

Estoniya NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb

image-728x90px

Estoniyanın baş naziri Kaja Kallas deyib ki, NATO dövlətləri Baltikyanı dövlətlərdən nümunə götürərək müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdır. Onun sözlərinə görə, Ukraynadakı vəziyyətə görə bu gün təhlükə Soyuq Müharibə dövründəkindən daha böyükdür.

O, bu barədə DPA agentliyinə məlumat verib.

“Mən bunu NATO səviyyəsində də təbliğ edirəm. 1988-ci ilə baxın, bütün NATO müttəfiqləri ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləmişdilər. Bəs niyə? Çünki təhlükənin ciddi olduğunu düşünürdülər. Bununla belə, indi təhlükə Soyuq Müharibə dövründəkindən daha böyükdür…”, – Kallas bildirib.

Əvvəllər bildirilirdi ki, NATO müdafiə xərclərini artırmağı və bu sahəyə ÜDM-in ən azı 2%-ni xərcləməyi planlaşdırır.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki