image-2000x150px
image-123
image-ads_atlas
image-rtr2q5cs-pic905-895x505-2864backend

Estoniya üzrə təhsil müəssisələri bomba hədəsi alıb

image-728x90px

Estoniyadakı təhsil müəssisələri elektron poçt vasitəsilə bomba təhdidləri alıb.

Bu barədə ERR polisə istinadən məlumat yayıb.

“Cümə axşamı, oktyabrın 12-nə keçən gecə Estoniyadakı onlarla müəssisəyə, o cümlədən məktəblərə və uşaq bağçalarına elektron poçtla rus dilində bomba hədəsi göndərilib”, – məlumatda deyilir.

Qeyd olunur ki, rus dilində və orfoqrafik səhvlərlə yazılan məktub saat 2:28-də ölkə üzrə yüzlərlə elektron ünvana göndərilib.

Bir neçə gün əvvəl analoji partlayış təhlükəsi dalğası bütün Latviyanı bürümüşdü. Polisin sözlərinə görə, söhbət genişmiqyaslı spam dalğasından gedir, onun məqsədi qurumların işini pozmaqdır.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki