NATO-nun baş katibi Yens Stoltenberqin daha bir il vəzifəsində qalacağı gözlənilir. Bu barədə Euractiv portalı alyansın dörd diplomatına istinadən məlumat yayıb.
“Onun mandatı çox güman ki, bu çərşənbə, iyunun 28-də uzadılacaq”, – portal yazır.
Euractiv qeyd edir ki, alyans daxilində NATO diplomatları hazırkı Baş katibin böhran vəziyyətlərində hərbi ittifaqı idarə etmək bacarığından danışırlar.
Mənbə: Euractiv portalı

























