image-2000x150px
image-123
image-ads_atlas
image-2023-03-12t223115z_2104387640_rc2xmz9mimpu_rtrmadp_3_ukraine-crisis-zelenskiy-soldier-pic_32ratio_1200x800-1200x800-38261backend

“Eurovision” Zelenskiyə finalda müraciət etməyə imkan verməyəcək

image-728x90px

Britaniyanın “BBC” Yayım Korporasiyası və digər beynəlxalq yayım şirkətləri Ukrayna prezidenti Vladimir Zelenskiyə “Eurovision 2023” musiqi müsabiqəsinin finalında videomüraciət etməyə icazə verməyiblər.

Bu barədə “The Times” Avropa Yayım Birliyinə (EBU) istinadən yazır.

EBU nümayəndəsinin sözlərinə görə, “bu, əyləncə üçün beynəlxalq şou” yarandığı gündən müəyyən edilmiş ciddi qaydalar və prinsiplər çərçivəsində fəaliyyət göstərir. Onun sözlərinə görə, müsabiqənin “apolitik mahiyyəti” onun “təməl daşlarından biridir”.

“Bu prinsip müsabiqə zamanı siyasi və ya digər oxşar bəyanatların verilməsini qadağan edir. Zelenskinin bütün təqdirəlayiq niyyətlərlə Eurovision Mahnı Müsabiqəsinin tamaşaçılarına müraciət etmək xahişi təəssüf ki, təmin edilə bilməz, çünki bu, tədbirin qaydalarına zidd olardı”, – EBU nümayəndəsi bildirib.

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki